Türkiyənin Silahlı Qüvvələrinin Tunceli əyalətində keçirdiyi əməliyyat nəticəsində terrorçuların bir neçə sığınacağı məhv edilib.

Unikal.org xəbər verir ki, Hozat rayonunda baş tutan "Eren-7 Mercan Munzur" əməliyyatı nəticəsində terrorçuların beş sığınacağı aşkar olunaraq məhv edilib.

Regionda terrorizmlə mübarizə üzrə əməliyyat davam edir.