Belçikanın Lyej şəhərindəki iğtişaşlarda iştirak etmiş 10 nəfər saxlanılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onlardan biri yetkinlik yaşına çatmayan, digərləri isə 20-30 yaşlı şəxslərdir.

Qeyd edək ki, ötən gün Lyej şəhərində 300-dən çox etirazçının iştirak etdiyi aksiya iğtişaşlara səbəb olub. Aksiyanın qarşısını almağa çalışan polis əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma yaşanıb. İnsident zamanı 36 polis xəsarət alıb.