Rusiyada azərbaycanlını qətlinə görə azadlıqdan məhrum edilən Ermənistan vətəndaşı Armen Arekelyan ölkəsinə təhvil verilib.

Unikal.org "news.am"a istinadən xəbər verir ki, bu barədə Arekelyanın vəkili Artur Daşyan məlumat verib.

18 il həbs cəzasına məhkum olan cinayətkar Ermənistana təhvil verilməmişdən öncə cəzasının 6 ilini Murmansk şəhərində yerləşən həbsxanada çəkib. O, cəzasının qalan 12 ilini ölkəsində çəkəcək.

Xatırladaq ki,  Arekelyanın həbsi ilə nəticələnən hadisə 2014-cü ildə baş verib. Belə ki, tərəflər Murmanskda yerləşən kafedə mübahisə edib. Mübahisə nəticəsində Arekelyan azərbaycanlını qətlə yetirilib.