ABŞ-ın Çikaqo şəhərinin Park Manor məhəlləsində baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb, 15-i isə yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup arasında yaşanan mübahisə sonradan qanlı atışma ilə nəticələnib.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı istintaq başladılıb.