Böyük Britaniyada son sutka ərzində 4618 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 258 438 nəfərə çatıb. Ötən 24 saatda daha 52 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 125 516 nəfərdir. Son günlər Britaniyada virusa yoluxma və ölüm sayında xeyli azalmalar müşahidə edilir.