Türkiyənin Samsun şəhərində dəhşətli hadisə baş verib.  

Unikal.org xəbər verir ki, 22 yaşlı gənc həyətlərində odun doğrayarkən ehtiyyatsızlıqdan elektrikli motorun altında qalıb. Bu zaman motor onun boynunu kəsib. Gənc qısa zamanda xəstəxanaya yerləşdirilib. Lakin çoxlu qanaxma səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.