Suriyada vətəndaş müharibəsinin 10-cu ili tamam olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr 15 mart 2011-ci ildə Suriyanın cənubundakı Dera bölgəsində kütləvi etirazlarla başlayıb. Bu vaxta kimi yüz minlərlə insan həyatını itirib.

10 il ərzində 23 milyon əhalisi olan ölkədə 6.6 milyon əhali ölkəni tərk edib. Onlardan 4 milyona yaxını Türkiyə ərazisinə sığınıb. 13 milyon əhali isə humanitar yardıma möhtac vəziyyətdə yaşayır.