Əfqanıstanda terror aktı törədilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Kabul şəhərində baş verib. Naməlum şəxslər tərəfindən quraşdırılmış bomba partladılıb.

Partlayış nəticəsində 3 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. Hadisənin səbəbləri və kimin törətdiyi araşdırılır.