Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada vətəndaş müharibəsinin 10-cu ili ilə bağlı "Bloomberg" agentliyi üçün məqalə yazıb.

Unikal.org "Bloomberg"ə istinadən xəbər verir ki, məqalədə Suriya məsələsi ilə bağlı xeyli önəmli məqamlara toxunulub.

"Suriyada sülh və sabitliyin yenidən bərqərar olmasının Qərbin Türkiyəni səmimi şəkildə dəstəkləməsindən asılı olduğuna inanıram. Qürurla söyləyirəm ki, Türkiyənin mövqeyi Suriyadakı iç savaşın başlamasından bəri heç dəyişməyib. Demokratiya, azadlıq və insan haqları ilə bağlı səmimiyyətin ölçü vahidi Suriya məsələsindəki mövqe və icraatlardır", - deyə yazıda qeyd olunub.