Türkiyədən Yunanıstana qaçmağa çalışan terrorçular saxlanılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, PKK terror təşkilatının 2 üzvü Yunanıstana qanunsuz şəkildə keçməyə çalışarkən saxlanılıblar.

Hadisə Yunanıstanla həmsərhəd olan Edirne şəhərində baş verib. Hazırda saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.