ABŞ prezidenti Co Bayden rəhbərliyinin keçən ay Şimali Koreya ilə əlaqə qurmağa çalışdığı iddia edilib. 

Unikal.org xəbər verir ki, lakin KXDR rəhbərliyi Baydenin zənglərini cavabsız qoyub.

Amerikalı rəsmilər, "Gərginliyin artması riskini azaltmaq üçün fevral ayının ortalarından etibarən Nyu-York da daxil olmaqla bir çox kanal vasitəsilə Şimali Koreya hökumətinə müraciət etməyə çalışdıq. Bu günə qədər Pxenyandan heç bir cavab almamışıq",-deyə  bildiriblər. 

Pxenyan rəhbərliyinin nüvə silahları və ballistik raket proqramlarına başlaması, ABŞ-la gərginliyə səbəb olur.