Rusiyanın "Kommersant" nəşri Ermənistandakı siyasi proseslərlə bağlı material dərc edib.

Unikal.org "Kommersant"a istinadən xəbər verir ki, may və ya iyun ayında Ermənistanda erkən və növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu barədə nəşrin "Mənim addımım" blokundakı xüsusi mənbələri məlumat veriblər.

Qeyd edilir ki, baş nazir Nikol Paşinyanın prezident Armen Sarkisyanla görüşündən sonra erkən seçkilər məsələsi yenidən gündəmə gəlib. Əgər müxalifət qüvvələri təşəbbüsü dəstəkləyərsə, erkən seçkilər mayda baş tuta bilər.