İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde sabah Ermənistana səfər edəcək.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, səfər 15-16 mart tarixinə planlaşdırılıb. A.Linde Ermənistanın XİN başçısı Ara Ayvazyanla görüşəcək.
Qeyd edək ki, A.Linde Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüş keçirib.