Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın gənclik qollarının qurultayında çıxış edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan gənclərə müraciət edib.

"Qüdsdən, Kut-ül Əmarədən, Balkanlara, Çanaqqalaya qədər, Qaliçyadan Sakarya və Dumlupınara qədər siz vardınız. İzmirdə siz vardınız. Türk gəncliyi Kiprdən İraqa, Qarabağdan Liviyaya qədər qardaşlarımızın köməyinə gedib", - deyə Ərdoğan bildirib.