Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan erkən seçkilərdən danışıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, V.Manukyan erkən seçkilərə qarşı olduqlarını bəyan edib.

"Paşinyan dövründə keçiriləcək istənilən erkən seçkilərin qarşısı nəyin bahasına olsa da, alınmalıdır. Paşinyan hakimiyyəti bu addımı atsa, seçki elan etsə, proses başlamazdan əvvəl kənarlaşdırılmalıdırlar", - Vazgen Manukyan bildirib.

O qeyd edib ki, müxalifətin erkən parlament seçkiləri keçiriləcəyi təqdirdə qazanmaq şansı yoxdur. Manukyanın sözlərinə görə, seçkilər Paşinyan və komandasının hakimiyyətdə qalması ilə nəticələnəcək.