Böyük Britaniya Suriya hakimiyyətinin 6 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirlib ki, Suriyadakı vətəndaş müharibəsinin 10-cu ildönümü ilə bağlı Suriya XİN başçısı Faysal Mikdad, Əsədin müşaviri Luna Şibil, mühafizə xidmətinin komandanı Malik Alia və MN başçısı Zayid Saleh daxil olmaqla, ümumilikdə 6 məmura qarşı sanksiya tətbiq olunub.