Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Unikal.org xəbər verir ki, Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının iclasında iştirak məqsədi ilə Brüsselə səfər edən İ. Qaribaşvilinin NATO və Avropa Komissiyası nümayəndələri ilə də yüksək səviyyəli görüşləri planlaşdırılıb.