Los-Ancelesdə "Qremmi 2021" mükafatlandırma mərasimi baş tutub.
Unikal.org xəbər verir ki, mərasimdə "Ən yaxşı R&B ifaçısı" və "Ən yaxşı musiqi videosu" nominasiyasında mükafata layiq görülən müğənni Beyonsun qızı Blu Ayvi də 9 yaşında ilk "Qremmi"sinə sahib olub. Anasının “Brown Skin Girl” mahnısınım müəlliflərindən biri olan Ayvi "Ən yaxşı musiqi videosu" nominasiyasında qalib olub.
Mükafat sənətçinin qızına mərasimin gündüz saatlarında keçirilən hissəsində təqdim edilib.