Latviyada "AstraZeneca" vaksinlərinin istifadəsi müvəqqəti dayandırılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səbəb Siciliya adasında vaksin olunan şəxslər arasında ölüm hallarının qeydə alınmasıdır.

Bildirilib ki, Avropa Birliyinin müvafiq strukturlarının yekun qərarına qədər bu vaksinlərdən istifadə dayandırılıb.

Qeyd edək ki, "AstraZeneca" vaksinləri Fransa, İtaliya, Danimarka, Norveç və İslandiyada da müvəqqəti vaksinasiya prosesindən çıxarılıb.