ABŞ-ın Florida ştatında yüngülmühərrikli təyyarənin düşməsi nəticəsində nəqliyyat vasitəsinin göyərtəsində olan azı iki nəfər həlak olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Pembrok-Payns şəhərində  qeydə alınıb. 

Belə ki, təyyarə avtomobilin üzərinə düşüb. Avtomobildə olan sürücü ilə uşaq xəsarət alıb və hospitalizə edilib.

 ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) insidentin istintaqına başlayıb.