Ermənistan baş naziri Nikol Paşinyan və müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan arasındakı görüş təxirə salınıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, məlumatı "Hraparak" qəzeti yayıb.

Bildirilir ki, bunun səbəbi Tsarukyanın Paşinyana şərt qoymasıdır. Müxalifət lideri baş nazirdən görüşdən sonra istefa verməsini və erkən seçkilərin dəqiq tarixini ictimaiyyətə açıqlamasını tələb edib. Nikol Paşinyan isə bu şərtdən imtina edib və nəticədə görüş baş tutmayıb.

Qeyd edilib ki, qəzetin qeyri-rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, Nikol Paşinyan 23 mart tarixinə qədər istefa verə bilər.