Rusiyanın paytaxtı Moskva şəhərində yanğın olub.

Unikal.org xəbər verir ki, məlumatı "TASS" yayıb.

Yanğın hadisəsi "Savelovski Siti" biznes mərkəzində baş verib. Əraziyə texnika cəlb olunub və yanğının qarşısı alınmağa başlanılıb. Ətraflı məlumat verilməyib.