Türkiyə Xarici İşlər Nazirliyi Moskva müqaviləsinin 100 illiyi münasibətilə bəyanat yayıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bəyanatda müqavilənin diplomatik, siyasi və tarixi əhəmiyyətinə toxunulub. 

Bildirilib ki, 16 mart 1921-ci ildə RSFSR, Türkiyə və Cənubi Qafqaz respublikaları arasında imzalanmış Moskva müqaviləsi Türkiyənin Rusiya ilə münasibətlərində vacib yerə malikdir.

Qeyd edək ki, Moskva müqaviləsi Naxçıvan MR ərazilərinin Azərbaycanın tərkibində qalması baxımından xüsusi önəmə malik olub.