Ermənistanda 1 mart 2008-ci il hadisələri ilə bağlı məhkəmə prosesinin iclası təxirə salınıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hakim Anna Danibekyan iclasın ertələnməsi barədə qərar verib.

Bunun səbəbi müttəhimlərdən biri olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın məhkəməyə gəlməməsi olub. Təqsirləndirilən şəxs qismində prosesə cəlb olunan Ohanyan iclasa qatılmaqdan imtina edib.

Qeyd edək ki, 1 mart 2008-ci ildə seçki saxtakarlığına kütləvi etirazlar zamanı dinc aksiyaçılara silahla zor tətbiq edilib. Nəticədə bir neçə etirazçı ölüb.