Türkiyə Xarici İşlər Nazirliyi Krımın ilhaqının ildönümü ilə bağlı bəyanat yayıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bəyanatda Krımın Ukrayna ərazisi olduğu xüsusi şəkildə diqqətə çatdırılıb.

Bildirilib ki, Ukraynanın Krım Muxtar Respublikası 7 il öncə qeyri-legitim bir referendumla Rusiya Federasiyası tərəfindən ilhaq edilib. Əlavə edilib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə edir.

Krımtatar türklərinin təhlükəsizliyi, mədəni kimliyinin qorunması əsas məsələ kimi vurğulanıb.