"Gələcəyin avtomatika sənayesində Türkiyəni əsas mərkəzlərdən biri etməkdə qərarlıyıq".

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O, Türkiyədə avtomatika sənayesinin inkişaf etdirilməsinin önəmini vurğulayıb.

"Türkiyə elektrikli vasitəsilərin istehsalında ən böyük mərkəzlərdən biri olacaq. Yatırımların mütəxəssislərimizin qabiliyyətlərini inkişaf etdirməkdə vacib rol oynayacağına inanıram", - deyə Ərdoğan bəyan edib.