Ermənistan ordusu baş qərargahının sabiq rəis müavini Tiran Xaçaturyan silahlı qüvvələrdən ehtiyata buraxılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan bu barədə müvafiq qərar imzalayıb.

Qeyd edək ki, T.Xaçaturyan bir müddət öncə Nikol Paşinyanı "İsgəndər"lər qalmaqalında lağa qoyduğu üçün baş qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdi.