Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu slovakiyalı həmkarı İvan Korcokla görüşüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş Slovakiya xarici işlər nazirinin Türkiyə paytaxtı Ankara şəhərinə rəsmi səfəri çərçivəsində gerçəkləşdirilib.

İkitərəfli münasibətlər, əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə edilib. Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.