Dünyaca məşhur müğənni Tina Törner şəxsi həyatı haqqında lentə alınan "Tina" adlı sənədli filmdə pərəstişkarları ilə vidalaşıb.
Unikal.org "The Sun" nəşrinə istinadən xəbər verir ki, ekran işində 8 “Qremmi” mükafatının sahibi olan 81 yaşlı sənətçi həyatının üçüncü və sonuncu dövrünü hər kəsin diqqətindən kənarda yaşamaq istədiyini deyib.
Bundan əlavə, müğənni insult və xərçəng də daxil olmaqla səhhətində bir sıra problemlərin olduğunu vurğulayıb.
Tina Törner filmdə ilk həyat yoldaşı Ayk Törnerlə nikahı dövründə məruz qaldığı məişət zorakılığı səbəbindən stressdən də əziyyət çəkdiyini bildirib.
Qeyd edək ki, sənədli film martın 28-də HBO Max kanalında nümayiş olunacaq.