Türkiyədə İŞİD terror təşkilatının 8 üzvü saxlanılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul şəhərində əməliyyat keçirilib. 11 ilçədə 12 müxtəlif ünvanda eyni vaxtda keçirilmiş əməliyyat tədbirləri nəticəsində 8 terrorçu saxlanılıb.

Saxlanılanların Suriyada müxtəlif terror aktlarının törədilməsində iştirak etdiyi bildirilir. Araşdırmalar davam etdirilir.