Ermənistanda son sutkada daha 854 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 180 141-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 282-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 841 nəfərdir. İndiyədək 166 913 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 105 aktiv koronavirus xəstəsi var.