Hollivud ulduzu Ancelina Coli ilə Bred Pitt arasındakı qalmaqal hələ də bitmək bilmir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa bu dəfə məhkəməyə keçmiş həyat yoldaşı tərəfindən məişət zorakılığına dair sübutlarının olduğunu bildirib.
Aktrisa məişət zorakılığının qurbanı olduğunu sübut edəcək şahidlərin ifadələrini də hakim qarşısına çıxarmağı planlaşdırır. Söhbətin hələlik hansı insidentdən getdiyi isə məlum deyil.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2014-da Fransada ailə qurub. 2016-cı ilin sentyabrında Coli boşanmaq üçün məhkəməyə müraciət edib. Onların 6 övladı var.