Məşhur şoumen Mehmet Ali Erbil 4 ildən sonra yenidən tamaşaçılar qarşısına çıxacaq.

Unikal.org Türkiyə KİV-nə istinadən bildirir ki, bir müddət əvvəl səhhəti ilə bağlı problemlər yaşayan aktyor artıq sağalıb.

Ağır günlər keçirdən Erbil nəhayət ki, yeni layihələri ilə izləyiciləri sevindirəcək. Yeni şou proqramına dəvət alan Mehmet Alinin ekran işində də çəkiləcəyi bildirilib.