Yazıçı Azər Abdulla (Əhmədbəyli) vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O, atasının martın 20-də səhər saatlarında vəfat etdiyini və Xırdalan qəbiristanlığında dəfn edildiyini bildirib.

Qeyd edək ki, A. Abdulla bir müddət əvvəl  koronavirusa (COVİD-19) yoluxmuşdu.

Allah rəhmət eləsin.