Xalq artisti Ramiz Məmmədovla vida mərasimi sabah 12:00-da Təzə Pir məscidində keçiriləcək.

Unikal.org xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Anar Məmmədov məlumat verib. O, atasının Yasamal qəbiristanlığında dəfn ediləcəyini deyib.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən R. Məmmədov bu gün günorta saatlarında dünyasını dəyişib.