Tanınmış aparıcı Lətafət Ələkbərova "Onun sirri" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, o, proqram boyunca həyatı barəsində bir sıra açıqlamalar verib.
"2000-ci illərin əvvəllərində bir sıra televiziya layihələrimlə ulduz olmuşdum, uğursuz ailə həyatımın ardından çox ciddi eniş yaşadım. Ayrıldıqdan sonra həyatımda bir dönəm çox çətin günlər oldu. Sıfıra düşdüm. İşdən uzaqlaşmışdım, heç yerdə işə girə bilmirdim. Qara xəttə düşmüşdüm. İşlərim alınmırdı. Övladımın 1 yaşı var idi. Ona qida belə ala bilmirdim, işığımızı kəsirdilər, susuz qalırdıq. Banklara belə borcum var idi. Maşınımı satdım. O pulla borclarımın bir qismini ödədim. Qalan məbləğlə də özümə kiçik ticarət qurdum. Mağaza kirayələyib, qadın paltarları satmağa başladım. Bir ticarət mərkəzindən mal alıb, öz mağazamda satırdım. Qızım balaca olduğu üçün onu da qucağıma alıb gedirdim işə. Orada şou-biznesdən tanışlarımı görəndə utanırdım",- deyə, aparıcı etiraf edib.