Böyük Britaniyada son sutka ərzində 5 342 nəfər koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu, sentyabrdan bəri ilk dəfə qeydə alınan sutkalıq ən aşağı göstəricidir.
Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 301 925 nəfərə çatıb. Son sutka ərzində 17 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 172 nəfərə çatıb.