Arzu Rəhimov postunu itirmək üzrədir
13:50 26-01-2013
CƏMİYYƏT
Arzu Rəhimov postunu itirmək üzrədir
Bu işdə Səfər Əbiyevlə Xanlar Vəliyev ortaq məxrəcə gəliblər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun durumu get-gedə ağırlaşır. Belə ki, fəaliyyətindən bir il vaxt keçsədə bu günə qədər rəhbəri olduğu təşkilatda təşkilatlanma işlərini başa çatdıra bilməyib, struktur demək olar ki, yox dərəcəsindədir.
Bununla yanaşı qısa müddət ərzində Arzu Rəhimov özünə yeni düşmənlərdə qazanıb. "Unikal"a daxil olan məlumata görə hazırda Arzu Rəhimov üçün ən ciddi problem Müdafiə Naziri Səfər Əbiyev tərəfindən yaradılır. Qeyd olunur ki, nazir bütün korpus komandirlərinə konkret tapşırıq verib ki, hərbi xidmətə çağırılan, amma xəstə olan əsgərləri müəyyənləşdirib, hərbi prokurorluğa təqdim etsinlər. Bunun nəticəsidir ki, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin onlarla bölmə rəisi haqqında istintaq işlərinə start verilib. Bununla bağlı Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev maraqlı açıqlama verib. Onun sözlərinə görə , Respublika Hərbi Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri onlara hərbi-həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Sumqayıt şəhər, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları, Lənkəran şəhər və digər rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etmə) maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin işlər üzrə ittiham hökmü çıxarılıb. Çox maraqlıdır ki, ilk günlər öz əməkdaşlarını müdafiə etməyə çalışan Arzu Rəhimovun buna gücü çatmayıb. Hələlik isə onu qoruyan şəxslərdən biri prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev, digəri isə Sərhəd Qoşunları İdarəsinin rəisi Elçin Quliyevdir. Amma mənbə bunu da bildirir ki, artıq Arzu Rəhimovu müdafiə etmək mümkün deyil. Çünki üzərinə düşən vəzifələri sadəcə olaraq idarə edə bilmir. Hazırda belə bir fikir səsləndirilir ki, Arzu Rəhimovu qorumaq üçün Elçin Quliyevə müavin aparsınlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətə gəldikdə isə Vahid Əliyev bu postuda itirmək niyyətində deyil və hazırda Rövşən Əkbərovun bu posta gətirilməsi üçün işlər aparılır. Amma Daşkəsəndə baş verən son əsgər ölümü Rövşən Əkbərovun maraqlarına ciddi zərbə vurdu və nazir Səfər Əbiyev fürsətdən istifadə edərək ona son xəbərdarlıq verməklə gələck karyerasına zərbə vurdu. Buna görə də bu variant hələ ki, alınmır. Müdafiə naziri Səfər Əbiyev isə yuxarı dairələri inandırmağa çalışır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilməli və bütün səlahiyyətlər yenə Müdafiə Nazirliyinə verilməlidir. Çox qəribədir ki, bu işdə hərbi prokuror Xanlar Vəliyevlə Səfər Əbiyevin maraqları üst-üstə düşür.
Fuad əliyev
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00