Qarabağda ən vacib yollardan biri hesab edilən Qırmızı Bazar-Şuşa yolu ilə bağlı yeni  xəbər var.

Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, yol yerli qanunsuz birləşmələrin nəzarətindən alınaraq, Rusiya sülhməramlı missiyasının nəzarəti altına keçəcək.

Bununla da, yolda hərəkət qrafikini yalnız rusiyalı hərbçilər tənzimləyə biləcək.

Bu da o deməkdir ki, Azərbaycan Ordusunun Xocavənd rayonunun Qırmızı Bazar kəndi ilə Şuşa şəhəri arasındakı yoldan daha intensiv istifadə etməsinə şərait yaranacaq.