90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Cavid Osmanov rayonun Heydər Əliyev mərkəzində növbəti vətəndaş qəbulu keçirib.

Unikal.org xəbər verir ki, qəbulda Ağdaş rayon İcra Hakimiyyəti  başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri Əli Kərimov da iştirak edib. Cavid Osmanov seçiciləri ilə müntəzəm olaraq görüşür, onların problemləri, arzu və təklifləri ilə hər zaman maraqlanır. Pandemiya ilə bağlı  qaydalara ciddi əməl olunmaqla  keçirilən növbəti qəbul zamanı da seçiciləri narahat edən məsələlər dinlənilib, onların müraciətləri qeydə alınıb, vətəndaşlara müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə həll edilibdir. Səsləndirilən digər müraciətlərin həlli istiqamətində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini bildirən millət vəkili qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğuların göndəriləcəyini qeyd edib. 

Həmçinin qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib,  vətəndaşlara ölkədə, o cümlədən rayonumuzda aparılan vaksinasiya proseesində yaxından iştirak etmək tövsiyə olunub.

Qəbulda iştirak edən ağdaşlı seçicilər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə ediblər. Respublikamızda həyata keçirilən bütün işlər üçün ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.