Martın 25-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 19,427 nəfər vaksinasiya olunub.
Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510,420 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.