Qazaxıstanda COVID-19 virusuna yoluxma sayında kəskin artım müşahidə olunur.

Unikal.org xəbər verir ki, Almatının sanitar baş həkimi Jandarbek Bekşinin əmri ilə şəhərdə sərt karantin rejimi aprelin 12-dək uzadılıb.

Almatıda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair tədbirlərin gücləndirilməsi haqqında sənəd martın 29-da qüvvəyə minəcək. Sənədə əsasən, alış-veriş və əyləncə mərkəzlərinin, ticarət evlərinin, muzeylərin, heyvanat parklarının, kitabxanaların, kafe və restoranların işi qadağan ediləcək. Restoranlar və kafelər yalnız çatdırılma xidməti əsasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Qazaxıstanda koronavirusa yoluxma hallarına görə Nur-Sultan, Almatı və Qərbi Qazaxıstan vilayəti "qırmızı zona”ya daxil edilib.