Niderlandda hökumətin koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərinə qarşı etirazlar davam edir.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Amsterdamdakı Muzey meydanına mindən çox etirazçı toplaşıb. Aksiya iştirakçıları hökumətin qərarını pisləyib, məhdudiyyətlərin aradan qaldırılmasını tələb ediblər.

Əraziyə cəlb olunan polis əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma yaşanıb. Polis aksiyanı dağıtmaq üçün vətəndaşlara qarşı su şırnaqlarından istifadə edib.

Qeyd edək ki, Niderlandda ötən həftə keçirilən aksiyalarda 150-dən çox etirazçı saxlanılıb.