Pakistan prezidenti Arif Alvi yeni növ koronavirusa (COVID-19) yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə Pakistan prezidenti "Twitter"də məlumat verib.
"COVID-19 testimin nəticəsi müsbətdir. Birinci peyvənd dozası olub, ancaq antikorlar bir həftə içində edilməli olan ikinci dozadan sonra inkişaf etməyə başlayır. Xahiş edirəm, diqqətli olun", Pakistan prezidenti qeyd edib.