Dünyada ilk dəfə  qızıldan hazırlanan otel fəaliyyətə başlayıb. 

Unikal.org xəbər verir ki, hər kəsin diqqətini çəkən otel Vyetnamda yerləşir.  Belə ki, otel  koronavirusun çökdürdüyü turizmini ölkəyə yenidən qazandırmaq məqsədilə inşa edilib.

Məkanın binasının üz dizaynından tutmuş məişətdə istifadə edilən çəngəl-qaşıq dəstinə qədər hamsı qızıldan hazırlanıb.“The Dolce Hanoi Golden Lake” adlı otel dəbdəbəsi ilə bura gələn istər yerli, istərsə də xarici turistləri özünə cəlb edir.

Binanın ərsəyə gəlməsinə 160 milyon  avro (319 milyon 968 min manat) dəyərində 1 ton qızıldan istifadə edilib.