Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb, 61 nəfər xəsarət alıb, daha 72 nəfər də qatarda çıxılmaz vəziyyətdə qalıb.

Unikal.org  xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Buna qədər dörd nəfərin öldüyü, 27 nəfərin xəsarət alması barədə xəbər verilmişdi.

****

Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində 36 nəfər ölüb, 61 nəfər yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 09.00-da Xualyan rayonunda tuneldə baş verib. 350 sərnişinlik qatar səkkiz vaqondan ibarət olub. İkinci və üçüncü vaqonlar relsdən çıxıb, dördüncü və beşinci vaqonlar ciddi şəkildə deformasiyaya uğrayıb.