Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan məlumat verib.

Bildirilib ki, görüş 7 apreldə Moskva şəhərində gerçəkləşdiriləcək.