Ermənistanda son sutkada daha 1 116 nəfər koronavirusa yoluxub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla da ümumi yoluxma sayı 194 852 nəfərə çatıb.

Virusdan 19 nəfərin ölməsi ilə ümumi ölüm sayı isə 3 552 nəfərə yüksəlib.