ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub.

Unikal.org “Röyters”ə istinadən xəbər verir ki, telefon danışığı haqda məlumat Ağ Ev tərəfindən yayılıb.

Bildirilir ki, Bayden ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

Məlumata görə, telefon danışığı 30-40 dəqiqə davam edib.