Kolumbiyanın qərbində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ yerli vaxtla 17:44-də, təxminən 29 min insanın yaşadığı Riosusio bölgəsində baş verib.